Ərdoğan Türkiyənin ilk elektromobilini təqdim etdi

Ərdoğan Türkiyənin ilk elektromobilini təqdim etdi

“2020-ci ildən zavodunun tikintisinə başlanılan “Togg”un kütləvi istehsalı üçün geri sayım başa çatıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Togg”un təsisatının açılış mərasimində deyib.

Prezident sənaye mülkiyyət hüquqları 100% Türkiyəyə məxsus olan elektromobilin qiymətinin fevralda açıqlanacağını bildirib.

Türkiyə dövlət başçısı xanımı Əminə Ərdoğanla birlikdə “TOGG” elektromobilini sınaqdan keçirib. Mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğanın istifadə etdiyi ilk seriyalı avtomobil qrupdan düşüb. 

Qeyd edək ki, Türkiyənin ilk elektromobili olan “Togg”un satışı 2023-cü ilin fevral ayında başlayacaq.


Share: