Ərdoğan və Putin telefonla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonda Suriyadakı vəziyyəti müzakirə edib.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı türk liderin administrasiyasından olan mənbə jurnalistlərə açıqlama verib.
“Bizim prezident rusiyalı həmkarı ilə Suriya məsələsini müzakirə etdi. Bundan başqa, iki ölkə arasında iqtisadi, ilk növbədə, energetika sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, – mənbə bildirib.

Share: