Ərdoğan yeni hərbi hərəkatın SİQNALINI VERDİ: “Bağdad işi həll etməsə, o bölgəni vuracağıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk – Kanal D ortaq canlı yayımında qonaq olub.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, Qəndil və Sincar bölgələrinə təşkil edilən hərbi əməliyyatları dəyərləndirən prezident canlı yayımda yeni hərəkatın siqnalını verib.

Ərdoğan “Bunu ilk dəfə söyləyirəm, Mahmur bölgəsinə də hərəkat təşkil edə bilərik” deyib.

Prezident yeni hərbi əmliyyat haqqında bunları deyib: “Olayın iki tərəfi var. Qəndil və Sincar. İraqdan Türkiyəyə hər hansı bir təhdid gələrsə, Bağdad hökuməti ilə bunu müzakirə edərik. Bağdadın “mən həll edərəm” dediyi təqdirdə, nə gözəl olar. Olmazsa, Sincarı da, Qəndili də vurarıq. Bunu ilk dəfə söyləyirəm. Mahmur. Mahmur çox əhəmiyyətli. BMT belə deyib, elə deyib… BMT-nin Mahmur məsələsini də həll etməsi lazımdır. Mahmur bir inkubasiya yuvasıdır. Pan Gi Mun ilə bunlardan çox söhbət etdim. İndi də edərəm. Bu məsələni həll edə bilməsəniz, vurarıq. Qəndil hardan qidalanır zənn edirsiniz? Mahmurdan”.

Digər məsələlər haqqında da geniş açıqlama verən Ərdoğan onun telefon danışıqlarının dinlənilməsindən xəbərdar olduğunu bildirib: “Türkiyədə telefonu ən çox dinlənilən insan mənəm. Bu FETÖ komandası burada olduğu zamandan başlayıb. Hamısı dinləyir”.

Share: