Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün günorta saatlarında prezident sarayına getmək üçün evdən çıxıb.
Müstəqil.az xəbər verir ki, yolda prezidentin kortejini bir qız saxlatdırıb. Ərdoğan azyaşlı qız üçün koteji saxlayaraq onunla söhbət edib. Məlum olub ki, azyaşlı qız onun qonşusudur.
Qonşular Ərdoğana ad gününə görə tort hədiyyə etmək istəyiblər. Bu hadisə Ərdoğanı çox sevindirib. Qız uşağına hədiyyə verən prezident daha sonra yoluna davam edib.