Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planı ifşa edilib.
Azvision.az xəbər verir ki, Ərdoğana sui-qəsd etmək istəyən terror təşkilatının 9 üzvü Yunanıstanın paytaxtı Afinada saxlanılıb.
Onların Türkiyə prezidentini öldürmək istədiyi məlum olub. Saxlanılan şəxslər Ərdoğana əl qumbarası və “Molotov kokteyli” ilə sui-qəsd etməyi planlaşdırıblar.
Hazırda istintaq davam edir, faktla bağlı araşdırma aparılır.
Müstəqil.Az