Ərdoğandan bölgə rəhbərləri ilə bağlı addım.. İstefaya göndərilirlər…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində uduzan AKP-li namizədlərlə münasibətləri pozulan və partiyadaxili çəkişmə yaradan bölgə rəhbərləri ilə bağlı qərar verməyə hazırlaşır.

Müstəqil.Az xəbər verir ki, artıq AKP-nin İzmir, Çankırı və Karam şəhərlərindəki şöbələrinin sədrləri istefaya göndərilib.

Partiyanın Ankara və İstanbul şöbələri ilə bağlı qərarın isə birbaşa Ərdoğan tərəfindən veriləcəyi bildirilib. Şöbələr üzrə dəyişikliyin ümumilikdə 81 şəhəri əhatə edəcəyi diqqətə çatdırılıb.

Artıq bununla bağlı AKP-nin Təşkilat Komitəsi tərəfindən prezidentə hesabat təqdim edilib.

Hesabatda AKP-nin iri şəhərlər üzrə namizədlərinin bələdiyyə seçkilərində məğlub olmasında partiyanın bu bölgələrdəki şöbələrinin sədrlərinin birbaşa rol oynadığına da diqqət çəkilib.

Share: