Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfər edəcək.
Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, Ərdoğan 7 sentyabrda Təbriz şəhərində Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə bir araya gələcək.
3-lü zirvədə başda Suriya böhranı olmaqla, bir çox regional problemlərin müzakirə ediləcəyi bildirilir.
Qeyd edək ki, adıçəkilən 3 ölkə ABŞ prezidenti Donald Trampın Türkiyə və başqa ölkələrə maliyyə sanksiyası tətbiq etməsindən sonra iqtisadi, siyasi və diplomatik müstəvidəki münasibətlərində yaxınlaşmağa başlayıb.