Ərdoğanı təhqir edən məşhur stilist haqqında cinayət işi açıldı

Tanınmış stilist Barbaros Şansal haqqında cinayət işi başlanılıb.

“Haberler”in məlumatına görə, stilist “Twitter” hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında təhqir yönlü statuslar yazdığına görə həbs oluna bilər.

Şansal paylaşımlarına görə vətəndaşlar tərəfindən İstanbul Prokurorluğuna şikayət edilib. Sosial media hesabları araşdırılan stilistin prezidentə qarşı təhqir və alçaldıcı ifadələr işlətdiyi təsbit edilib.

Barbaros Şansal yaxın günlərdə hakim qarşısına çıxarılacaq.

Share: