“Ərdoğanın maaşı deputatların maaşından aşağıdır”

“Ərdoğanın maaşı deputatların maaşından aşağıdır”

Türkiyənin vitse-prezident Cevdet Yılmaz dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın maaşının millət vəkilinin maaşından az olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, sözügedən məsələlərin polemikaya çevrilməməsinin tərəfdarı olduğunu bildirib:

“Prezidentimizin maaşı ilə bağlı bəzi açıqlamalar oldu. Baxın, bunu çox açıq və qəti deyim; – hazırda prezidentimizin maaşı deputatın maaşından aşağıdır. Nazir müavinlərinin maaşından aşağıdır. Niyə belədir? Çünki o, şəxsi üstünlükləri ilə bir müddət maaş artımına imkan vermədi”, – deyə C. Yılmaz vurğulayıb.


Share: