Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə apardığı diplomatik danışıqlar nəticəsində Rusiya ilə Ukrayna arasında 200 hərbi əsir dəyişdirildiyini açıqlayıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən əsir mübadiləsinin müharibənin sona çatması istiqamətində mühüm addım olduğunu bildirib. Qardaş ölkə lideri Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərin davam etdiyini bildirib.
Putin və Zelenskiyə əsir mübadiləsini təmin etdikləri üçün təşəkkür edən Ərdoğan, “Bu prosesdə əməyi keçən bütün dostlarıma da təşəkkür edirəm”, -deyə əlavə edib.