Ərdoğanın təşəbbüsü Makronu təlaşlandırdı

Ərdoğanın təşəbbüsü Makronu təlaşlandırdı

Türkiyə heç vaxt Ukraynanı istismar etməyib. Rəsmi Ankaranın 2014-cü il böhranından əvvəl Ukrayna ilə qurmuş olduğu güclü əlaqələr var. Bütün bunlarla bərabər, cənab Ərdoğanın Zelenski və Putinlə ciddi münasibətləri var. Lakin Fransaya və Makronun davranışlarına baxanda bunu deyə bilmirik.

Müstəqil.Az bildirirki bu sözləri Ərdoğanın Ukrayna səfərini və Makronun problemlə bağlı cəhdlərini Axar.az-a şərh edən Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ağarın sözlərinə görə, Fransa Türkiyədən fərqli olaraq, Ukrayna məsələsində tərəfdir:

“Tərəflərin Rusiya-Ukrayna probleminin həllində istifadə etdiyi üslub, metod və taktikaları eyni məntiq çərçivəsində dəyərləndirmək mümkün deyil. Türkiyə problemin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq hüquq çərçivəsində həllini, gərginliyin azalmasını, müharibə ehtimalının sıfra endirilməsini istəyir. Avropa Birliyi isə Ukraynanın suverenliyi məsələsini öz mənfəətləri üçün istismar edir. Fransa ilə Türkiyənin arasında hər zaman siyasi müstəvidə rəqabət və mübarizə var, bunun ikitərəfli əlaqələrə təsirlərini də görmək mümkündür. Ancaq Türkiyə bütün yaşanan problemlərə, çətinliklərə rəğmən heç vaxt Putini “diktator” adlandırmayıb, Fransada isə Putinə dəfələrlə “diktator” deyilib. Məsələnin bu nöqteyi-nəzərdən də dəyərləndirilməsinin vacib olduğunu düşünürəm”.

Qeyd edək ki, Ərdoğanın Kiyevə səfəri və Putini Türkiyəyə dəvət etməsi, paralel olaraq Ukrayna və Rusiyaya problemlərin həlli üçün birbaşa görüş platforması təqdim etməsi fonunda Fransa Prezidenti Makronun canfəşanlığı, Rusiya və Ukrayna liderləri ilə ardıcıl telefon bağlantıları qurması diqqət çəkir.

Müstəqil.Az

Share: