Ərdoğanın xanımı dünyanın ən nüfuzlu 10 müsəlmanından biri oldu….-FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Beynəlxalq Sülh və İnkişaf İnstitutu (“INSPAD”) tərəfindən 2020-ci ilin Beynəlxalq Sülh Mükafatına (“International Peace Awards 2020”) namizəd göstərilib.
Moderator.az xəbər verir ki,  bu haqda “Anadolu” nəşri məlumat yayıb.
Pakistan və Belçikada fəaliyyət göstərən “INSPAD” Əminə Ərdoğanı ictimai həyatın müxtəlif sahələrinə verdiyi töhfələrə görə 2020-ci ildə dünyanın ən aparıcı 10 müsəlman liderləri siyahısına daxil edib.
“INSPAD” prezidenti Muhəmməd Tahir Tabassum “Anadolu” müxbirlərinə verdiyi açıqlamada Türkiyə liderinin xanımının sosial inkişaf, qadınların hüquq və imkanlarının gücləndirilməsi, ətraf mühitin qorunması, mədəniyyət və sənətə verdiyi böyük töhfələrə görə seçildiyini vurğulayıb.
Əminə Ərdoğandan əlavə, “TOP-10” ən nüfuzlu müsəlmanların sırasına Malayziyanın keçmiş baş naziri Mahathir Muhammad, Bəhreyn Qadınlar Şurasının rəhbəri Şeyx Nura Əl Xəlifə, Müsəlman Dünyası Liqasının baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsa, ABŞ Konqresinin üzvü İlhan Ömər, Böyük Britaniya Lordlar Palatasının üzvü Əhməd və Qətərdəki Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri və Ali Təhsil nazirinin müavini İbrahim Ben Salah Əl-Nəvmi də daxil edilib.
Sultan Laçın
Share: