Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Cozef Baydenin görüşü planlaşdırılır.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
Görüş noyabrın 15-16-da İndoneziyada təşkil olunacaq G20 sammiti çərçivəsində baş tutacaq.