Abşeronda intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün rayonun Fatmayı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü İlhamə Əliyeva yaşadığı evin həyətində naqil və kəndirlə özünü asaraq öldürüb.
Məlumata görə, 54 yaşlı qadının intiharına səbəb 1 il əvvəl vəfat edən ərinin ölümündən sonra keçirdiyi psixi xəstəliklər olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.