“Ərim xəyanət etsə, boşanmaram”

“Ərim xəyanət etsə, boşanmaram”
Müğənni Zenfira İbrahimova xəyanətlə bağlı açıqlaması ilə gündəmə gəlib.Müstəqil.Az-ın məlumatına görə, ifaçı “Heç vaxt heç yerdə” proqramına qatılıb. Aparıcı Zenfiraya “Hansı bir səbəb ola bilər ki, deyəsən, Anar, ayrılıram… Xəyanət etsə, ayrılarsan?” sualını ünvanlayıb. Müğənni isə ərinin xəyanətini keçəcəyini bildirib:

“Yox… Səbəbsiz yerə ayrılıq olmaz. Boşanmağa bir çox şeylər səbəb ola bilər. Ailə qurar, xəbərim olmazsa, ayrılaram. O insanın mənə sevgisi yoxdursa, mənim istəyim azlıq edərsə, ayrılaram. Belə də ki, kişidir. Bir dəfə yeni ailə qurmuşduq, saçımın rəngini dəyişmişdim, mənə sillə vurdu. Ondan sonra olmayıb. Xanıma əl qalxmaz. Xanım anadır, övladlarına baxır. Niyə xanım vurulmalıdır?”.

Müstəqil.Az

Share: