Bu gün sosial şəbəkələrdə Bakının Balaxanı qəsəbəsində qadınla azyaşlı övladının əri tərəfindən şiddətə məruz qalması ilə bağlı görüntülər yayılıb.
Görüntüdə kişinin qadını təpiklə vurduğu və onun dalıyca qaçdığı daha sonra isə qadın və azyaşlı övladının özünü maşının önünə atdığı görünür.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 5 yaşlı uşağı taksi fəaliyyəti ilə məşğul olan Qocayev Tərxan Elşən oğlunun etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı avtomobillə vurulub və uşaq ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq aparılır.