Tailandda 22 yaşlı qadın ərinin cibində prezervativ görəndə çılğına dönüb. Gənc qadın mübahisə etdiyi ərini bıçaqlayaraq öldürüb və cəsədi də kanalizasiya quyusuna atıb.
Müstəqil.Az Moderator.Az -a istinadən xəbər verir ki, Tailandın Udon şəhərində 22 yaşlı qadın ərinin başqa qadınla münasibəti olduğunu düşündüyü üçün dəfələrlə bıçaqla vurmağa başlayıb.
Beyni dönmüş qadın ərinin cibində prezervativ gördükdən sonra ərinin ona xəyanət etdiyini düşündüyü üçün onu öldürdüyünü etiraf edib.