Əsəbilik, yorğunluk və yuxusuzluq. Bu problemlər sizdə də varsa səbəbləri və çarələri haqqında biraz məlumatlanaq.
Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri, insanın iradəli olmasıdır. Belə olduqda bədənin müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar.
Bir sıra qidalar əsəblərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, kahı, çörək, alma, zeytun yağı, təzə xama, pendir, badam içi kimi qida məhsulları mühüm əhəmiyyət daşıyır.
Əsəb zəifliyi olan şəxslərdə adətən yuxusuzluq halları da müşahidə edilir. Belə şəxslər ilk növbədə yuxusuzluğa qarşı mübarizə aparmalıdır. Təsirli müalicə üsullarından biri açıq havada gəzinti, çimmək, müxtəlif əyləncə ilə məşğul olmaqdır. Əsəb xəstəliyi zamanı xüsusilə ürəyin qayğısını çəkmək lazımdır.
Bir sıra mənfi amillər,nigarançılıq, təngə gəlmək və s. yorğunluqa və nəticə etibarilə əsəblərin zəifləməsinə səbəb olur. Həddindən çox yorğunluq əsəbləri qıcıqlandırır, yuxusuzluq baş verir, qan təzyiqi yüksəlir, ürək zəifləyir. Bu cür zəif adamlar yemək rejimini gözləməli, özünü çox yormamalı, yuxu rejimini saxlamalıdırlar.
Əsəbi yorğunluq və narahatlıq hallarında, bir sıra bitki mənşəli dərmanların işlədilməsi müsbət təsir göstərir. Çobanyastığı çiçəyi yorğunluq, əsəb ağrıları və başağrıları zamanı faydalıdır. Bunun üçün 1 xörək qaşığı quru çiçəyi 100q qaynayan suda 1 saat dəmə qoyur, sonra süzərək bir azca şirin edir və işlədirlər.
Əsəb pozğunluğunda 15,30q quru razyananı xırdalayıb 1L soyuq suya tökür, od üzərində 1 dəq qaynadırlar. Sonra onu 10 dəq ərzində dəmə qoyur, süzüb bir az bal əlavə edərək yeməkdən sonra 1fincan işlədirlər. Bu zaman baş ağrısı dayanır, yuxu gəlir və əsəblər sakitləşir. Bu baxımdan 10q pişikotu kökünün 1L suda qaynamasından alınan məhlul da faydalı sayılır.
Əsəbdən yaranan ağrılar zamanı 5q xırdalanmış tərxunu 1 fincan qaynanmış suda bir müddət dəmə qoyur, yeməkdən sonra içirlər. Əsəbi narahatlığı olanlar üçün üzüm xeyirli vasitələrdən biri sayılır. Onun şirəsini işlətmək daha yaxşıdır. Ispanaq və vəzəri də yorğunluq və əsəbi narahatlıq zamanı faydalıdır. Xaşxaş yuxu gətirəndir və əsəbləri sakitləşdirir. Onun çiçəyindən də istifadə edirlər.
Əsəbi hallardan sonra, çox fikirli və qəmli olarkən, 50 q-dək reyhanı (çiçək və yarpağı ilə birlikdə) 1L qaynanmış suda bir müddət dəmə qoyub süzür, bal ilə şirinləşdirib, yeməkdən sonra 1 fincan içirlər. Əsəbləri möhkəmləndirmək üçün badamı suda isladaraq qabığını soyub yemək məsləhətdir. Hər dəfə 10 ədəd badam yemək tövsiyə edilir.
Zehni əməklə məşğul olan şəxslər yorğun və əsəbi olurlar. Onlar üçün yemək zamanı mərcimək və ərik işlətmək məsləhət görülür. Kahı əsəbilik, yuxusuzluq, əsəbdən olan üz ağrıları, ürək döyüntüsü, əsəbi qıcıqlar və öskürək zamanı məsləhət görülür.
Çox yorğun olan və əsəbi narahatlıq keçirən adamlar üçün bal ən yaxşı qidalardan biridir. Alma, ərik və limon şərbəti də əsəbləri möhkəmləndirir, zehni fəaliyyəti gücləndirir. Əsəbi böhran və gərginlik hallarında portağal və naringi yemək əsəbi amilləri tənzimləməyə kömək edir.
Əsəb xəstəliyi olanlar dağətəyi yerlərdə, yaxşı abhavası olan yaylaqlarda, sakitlik şəraitində istirahət etməlidirlər.
Xəyalə Məmmədova
Nevroloq, Uşaq nevroloqu
KEPRO Estetik ve Antiage Klinikası
Ünvan: Həsənoğlu küçəsi 13.
Bakı Tehran Tibb Mərkəzi
Ünvan: Azadlıq prospekti 192 B.
Mobil: (+994) 50 458-60-05