Əsədov: Azərbaycan Qarabağa dair üçtərəfli Bəyanata sadiqdir

Əsədov: Azərbaycan Qarabağa dair üçtərəfli Bəyanata sadiqdir

“Azərbaycan Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata sadiqdir”.

Müstəqil.Az  xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustin ilə görüşü zamanı bildirib:

“Rusiya Federasiyasının 44 günlük müharibə dövründəki rolunu yüksək qiymətləndiririk. 10 noyabr tarixində Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanan Bəyanatda qeyd olunan öhdəliklərin yerinə yetirilməsini yüksək qiymətləndiririk və ona tam sadiqik”.

O qeyd edib ki, Azərbaycan üçtərəfli Bəyanatın bütün öhdəliklərini yerinə yetirməyə davam edəcək.

Müstəqil.Az

Share: