Əsgərovun rüşvət alma görüntüsü … – VİDEO

Gürcüstanın Daxili İşlər Nazirliyi Marneuli rayon bələdiyyə məclisinin (sakrebulo) üzvü Rəhim Əsgərovun saxlanılması ilə bağlı məlumat yayıb.

Müstəqil.az “Report”a istinadən xəbər verir ki, istintaqla müəyyən olunub ki, R.Əsgərov Ş.M. adlı şəxsə 3 000 lari (1 113 dollar) müqabilində dövlət idarəsinə işə düzəldəcəyinə söz verib.

Tərəflər arasında ilk öncə məbləğin 1 500 larisi, daha sonra isə yerdə qalan məbləğin təqdim olunması barədə razılıq əldə olunub.

Ş.M. adlı vətəndaş R.Əsgərovla martın 7-də Marneulidə görüşərək ona 1 500 lari verib. Yerdə qalan 1 500 lari isə bələdiyyə üzvünə martın 20-də təqdim olunub.

R.Əsgərova qarşı Gürcüstan Cinayət Məcəlləsinin rüşvətalma maddəsi ilə cinayət işi açılıb. Onu 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Share: