Əslən azərbaycanlı olan məşhurlar – FOTOLAR

Əslən azərbaycanlı olan məşhurlar – FOTOLAR

Dünyaca məşhur, lakin əslən azərbaycanlı olduğunu bilmədiyimiz məşhurlar az deyil.

 

Müstəqil.Az Modern.az -a istinadla  onların siyahısını təqdim edir:

 

Məhəmməd Rza Pəhləvi – İranın sonuncu şahının da bir tərəfi Azərbaycan türklərindəndir. O, 1941-1979-cu illərdə İranın hökmdarı olub. Qərbyönümlü siyasət yürüdən Rza şah, həm də İranın sonuncu monarxı sayılır.

“Şahənşah” (“Şahların şahı”) və “Sayeh-eh Hodah” (“Allahın yerdəki kölgəsi”) kimi hökmdarlıq adları olub.

Ayətullah Əli Xamneyi – İranın hazırkı ali dini lideri də əslən Azərbaycan türklərindəndir. Ayrı-ayrı mənbələr tez-tez İran və Güney Azərbaycanda yaşayan türklər qarşısında türk dilində çıxış edən Xamneyinin azərbaycanlı olması ilə bağlı həmfikirdirlər.

 

Sami Yusif – Britaniyalı müğənni, bəstəkar, çalğıçı, İslam dinini təbliğ edən mahnıların ifaçısı. 1980-ci ildə Tehranda doğulub. Onun valideynləri etnik azərbaycanlılardır. Sami Yusif albomlarının satışına və “Youtube”da izləmə sayına görə dünyada ikincidir.

Cem Karaca -Türk rok musiqisinin banilərindən sayılan, musiqiçi, aktyor Cem Karaca da Azərbaycan əsillidir. Əslən Azərbaycandan olan atası, aktyor Mehmet Karacanın oğludur. 1945-ci ildə İstanbulda dünyaya gələn  Cem Karaca 2004-cü ildə vəfat edib.

Türkan Şoray – Türk kino aləmində “Sultan” adlandırılan  məşhur və sevilən aktrisa Türkan Şoray əslən Naxçıvanlıdır. 200-dən çox filmdə müxtəlif obrazları canlandıran Türkan Şoray dünyanın ən çox rol alan qadın aktrisasıdır.

Tuğba Ekinçi –  Çoxumuzun “O şimdi asker” mahnısıyla tanıdığı, Qarsda doğulan müğənni Tuğba Ekinci də Azərbaycan əsillidir.

Timur Rodrigez –  Əsil soyadı Kərimovdur. Rus şoumeni, müğənni və aparıcıdır. 1979-cu il oktyabrın 14-ü Permdə, kukla teatrın aktyoru olan azərbaycanlı Mikayıl Kərimov və tərcüməçi, alman dili müəllimi, yəhudi Zlata Yefimova nikahından dünyaya gəlib.

Rober Osseyn – Fransız teatr və kino aktyoru, rejissor, prodüser, “Marini” (Paris) teatrın rəhbəri. Ən böyük uğuru Ann və Serj Qolun Anjelika haqqında yazdığı romana çəkilən filmdə Joffreya de Peyrak rolu olub. 1927-ci ilin 30 dekabrında doğulub. Onun atası skripkaçı və bəstəkar Andre Osseyn (Aminulla Huseynov 1905-1983) azərbaycanlı, anası isə tacikdir. Osseyn Səmərqənd şəhərində doğulub.

Bahar Kian Əfşar – İran aktrisasıdır, Azərbaycanın məşhur əfşar tayfasındandır.

Sara Şah – Amerika aktrisası və fotomodelidir. Atası cənubi azərbaycanlıdır, anası isə İspaniyadandır.

Tamer Karadağlı – Türk istehsalı olan “Çocuklar duymasın” serialının baş rol ifaçısı da əslən azərbaycanlıdır.

Andrea Kərimli(Mantea) – Azərbaycan kökənli rumın modelidir.

Byanka Balti – Məşhur İtaliya modeli. Atası da məşhur İtaliya modelidir, anası isə Azərbaycanda doğulub.

Aylar Dianti Li – Norveçdə fotomodel və aktrisadır. Milləti Cənubi Azərbaycandandır.

Share: