Faiq Balabəyli
Dənizçilərə Sosial Dəstək”
İctimai Birliyinin sədri
Ermənistan çirkin niyyətindən, əməlindən əl çəkmir. Müxtəlif mövzularda öz çirkin əməllrini və niyyətini utanmadan ifraz etməkdədir. Bu dəfə də eyni ampuladadır.
Artıq hər kəsə məlumdur ki, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılması da məlumdur. Yaxın günlərdə ABŞ-ın bir başa dəstəyi, tövsiyyəsi, dünyaya demokratiyadan çox qarşıdurma yaratması, iftirası ilə beyni doldurulan Ermənistanın inşa etməyi planladığı zavodun hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq.
Sözssüz ki bu regionda ekoloji tarazlığı pozmağa, Ermənistanla qonşu olan Azərbaycan və Türkiyəyə bacardıqca ziyan vurmaq, insanların sağlamlığına zərər yetirməyə, təbiətə qarşı qəddar bir münasibətdən irəli gəlir.
Əlbəttə ki, bədnam qonuşular bu çirkin əmələ haqq qazandırmaq istəyirlər. Belə ki, Ermənistanın Ətraf Mühit Nazirliyinin tikiləcək metalurgiya zavodunda ekoloji vəziyyətlə bağlı yalan məlumat yayıb. İnsanlığa zidd olan hərəkətə haqq qazanıdırmaq üçün guya ki, inşa ediləcək zavodun heç bir ekoloji problem yaratmayacağını qeyd edir, bu, arxaslnda faşist ideologiyasının dayandığı əmələ etiraz edən Azərbaycan ekoloqlarının əsas məqsədinin Ermənistanı inkişafdan saxlamaq olduğu qeyd edirlər və bundan heç çəkinmirlər də. Məsəl var, deyərlər, it qaya kölgəsində yatıb, elə zənn edir ki öz kölgəsidir. ABŞ-ın qarşılarına atdıqları sümüyə marıtlayan Ermənistan da beləcə, Qərbin ona verdiyi dəstəyə güvənərək ekoloji müharibəyə başlayır. Zatən bu dövlət bütün dövrlərdə bunu edib, çaylarımıza kimyəvi tullantılar, xəstəlik mənbəyi, yayıcısı olan çirkablar və digər axıntılar yönəldiblər.
İndi də Ermənistanın Ətraf Mühit Nazirliyinin yaydığı yalan dolu məlumat özlərinə haqq verməyə hesablanıb. Onların guya ki iqtisadi artımını istəməməyimizdən irəli gəlir ekoloqlarımızın etirazları. Yazıq və bədbəxt, miskin durumda olmağı özlərinə yaraşdıran bu ölkə, əgər doğurdan da iqtisadi cəhətdən inkişaf etməyi planlayırsa, yalan və iftiradan, düşmənçilikdən əl çəkməlidir. Azərbaycanın sülh və barış deyərək uzatdığı əli tutmalı, təklif olunan şərtləri qəbul etməlidir. Zəngəzur dəhlizinin açılması bütün regionun, eləcə də Ermənistanın işinə yaralı ola bilməsini dərk etməlidir.