AĞ XALAT KİMİ…
Şəfalı əlləri ilə minlərlə insana şəfa verən təcrübəli həkim dostum Laçın Firudin oğlu İmanov üçün…
Hər an fikirlisən, hər an qayğılı,
Elinə, obana sevgin qədərsiz.
Dərdinin qapısı hamıya bağlı,
Özünü görmədin özün kədərsiz.
Nə qədər xəstəyə əlac etmisən,
Nə qədər sevinib insan əlində.
Bu ana vətəni elə sevmisən,
Eşqi ürəyində, adı dilində.
Kövrək bir kəlmədən dolur gözlərin,
Az qala hönkürüb, ağlayacaqsan.
Xəstəyə məlhəmdi adi sözlərin,
Fələyi yolundan saxlayacaqsan.
…Yenə də sızlayır bağrımın simi,
Həsrətəm mən toya-düyünə, həkim.
Əyninə geydiyin ağ xalat kimi,
Xalqımız çıxaydı ağ günə, həkim.
Şərafəddin İLKİN,
AYB-nin üzvi, Prezident təqaüdçüsü.
Müstəqil.Az