Qaqa, uje saat 1-ə qalıb 5 dəqiqə. Demək olar ki, saat 1-dir. Ad günün mübarək!
Ala, bəgəm Səni yaşamağa qoymurlar? Yaşa da, ala!..
Yeri gəlmişkən, dostun uğuruna bağrı çatlayanlar oxumasınlar.
Necə deyərlər, dünyanın düz vaxtları- yox, yox, qarışıq zamanı idi. Hər oğlan “bezpridel”lərin qarşısında tab gətirə bilməyəndə, Əyyub Qiyası ayaq üstə görmüşəm. Desəm ki, üstündə silah gəzdirib, onda imanı bada verərəm. Silahsız, zadsız duruş gətirə bilirdi…
Bir başqa aləmdir, Əyyub Qiyas. Yeganə oğlandır ki, 30 illik yubileyi şəhər səviyyəsində keçrilib. Yəni Sumqayıt şəhərinin rəhbərliyi həmin əlamətdar gündə iştirak ediblər. Şahidi olmuşam…
Yeri gəlmişkən, deyir ki,- “Eşq aşiqiyəm və hamıya da, yalnız eşqlərimi bildirirəm”…
Bir dəfə yanına getmişdim, yəni keçmiş zamanlarda. Qədim dünya tarixindən danışmıram ha…
Vallah, bu insanda gördüyüm xüsusi qonaqpərvərlik, mənə həzrəti Musanın qonaqpərvərliyi haqqında eşitdiyim rəvayətləri yenidən təbəssümlə xatırlatdı…
Desəm inanmayacaqsınız, məni qınamayın, bu adam möcüzədir. Bir ara Dostoyevskinin əsərlərini oxuyub, dəhşətə, yox-yox sadəcə heyrətə gəlmişdim. Və bir gün Əyyub Qiyasın balaca bir hekayəsini mütaliə edib, özümü saxlaya bilmədim.
Anladım ki, Azərbaycanda da Dostoyevski səviyyəsində ortaya əsər qoya bilən bir yazıçı var. Dərinə çox da baş vurmayacam. Çünki hər kəsin nəfəsi tab gətirə biləcəyi qədər bir dərinlik var. Və nə yaxşı ki, müasir Azərbaycan nəsrinin Əyyub Qiyası sağdır, yaşayır…
O, elə bir ölçü vahididir ki, hər kəs o dərinliyə ucala bilməz.
Özü dediyi kimi, yalnız EŞQLƏR…
Qardaşım, nə olar, çox yaşa!
Əjdahasan, əjdahasan, əjdaha!
Lap unutmuşdum, ğözlərində ildırım çaxır, içinə girə bilsən, görəcəksən…
Yazıb yaratmaq eşqi ilə yerə göndərilib, anlaya bilsən, xoşbəxtsən…
P.S. Amma qaqa, Sonanın uşaqlarına qoşulma!..
Elman Eldaroğlu