Dünyaca məşhur caz ifaçısı və bəstəkar, Azərbaycanın Xalq artisti Əzizə Mustafazadə Bakıdadır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində məlumat verib. Sənətçi Pirşağı çimərliyində dincəldiyini bildirib.
Qeyd edək ki, əfsanəvi cazmen, caz-muğam sintezinin banisi Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə ailəsi ilə birlikdə Almaniyada yaşayır. Xalq artistinin Ramiz Xan adlı bir oğlu var.