10 -cu sinif şagirdləri 1-ci sinifdə oxuyan oğlana təcavüz etdilər…XƏTAİ rayonundakı məktəbdə dəhşət…

Xəbər verdiyimiz kimi Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib.

Redaksiyamıza həmin orta məktəbdə təhsil alan şagirdlərin valideynləri müraciət edərək bildiriblər ki, məktəbin 1-ci sinifində oxuyan oğlan şagird 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb.

Müstəqil.Az BiG.AZ -a istinadən xəbər verir ki, məsələyə müğənni Murad Arif də münasibət bildirib. Bəstəkar günahkarların cəzalandırılmasını tələb edib:

“Mən şokdayam! TƏCİLİ ARAŞDIRILSIN! “Bakıda, 263 nömrəli məktəbdə, iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlan şagirdini, ayaq yolunda şalvarını çıxararaq zorlayıb.
Məktəb direktoru Nürqələm Bayramovanın zorlanan azyaşlının valideynlərinə, susmaq üçün 2000 manat təklif etməsi də deyilir.”

Əgər doğrudursa, Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbin direktoru Nürqələm Bayramova və 7 yaşlı oğlan uşağını zorlayan şagirdlər, valideynləriylə bir yerdə həbs olunmalıdırlar! Bu adamlara AĞIR CƏZA verilməyincə, belə xəbərlərdən boluq!”

"7 yaşlı oğlanı zorlayan şagirdlər valideynləri ilə birgə HƏBS OLUNMALIDIR!"

Share: