Azərbaycanın 10 milyonuncu sakininə Mehriban adı verilib.
Müstəqil.az-ın məlumatına görə, bu barədə Modern.az-a uşağın atası Rauf Həsənov məlumat verib.
Məlumata görə, Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə sabah paytaxtda bir sıra tədbirlər keçiriləcək. Aprelin 7-də Bakının bütün rayonlarında agacəkmə aksiyası və saat 17:00-da Bakı bulvarında konsert proqramı keçiriləcək.
Qeyd edək ki, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. Ailədə ilk övlad olan Mehribanın valideynləri Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkündür. Uşağın anası Ocaqova Nigar Çərkəz qızı müəllimə, atası Həsənov Rauf Yunis oğlu isə polis serjantıdır.