11 yaşlı idmançımız Şahin Əfəndiyev Dünya kubokunda 2-ci yeri qazandı… – FOTO

Müstəqil.Az bildirir ki, 24-29 sentyabr tarixində Rusiyanın Anapa şəhərində keçirilən Kik boksinq üzrə WAKO Dünya kubokunda Teyd Sumqayıt Kik boksinq klubunun 3 idmançısı yığma komandanın tərkibində yarışda iştirak ediblər.

Əfəndiyev Şahin 10-13 yaş,28 kq,

Ocaqverdiyev Asif 10-13 yaş,32 kq,

Əliyev Pərviz, 13- 15 yaş,47 kq.

Bu yarışın 3 döyüşündə iştirak edən 11 yaşlı Şahin Əfəndiyev  2 döyüşdə Rusiya idmançılarına qalib gələrək finala vəsiqə qazanıb və finalda Rusiya idmançısına xal hesabı ilə məğlub olaraq Dünya kubokunun 2-cisi,Pərviz Əliyev isə 3-cüsü olmağa layiq görülüb.

Kik boksinq Federasiyasının prezidenti, Millət Vəkili Adil Əliyev və AKF vitse- prezidenti Güloğlan Cabbarov Dünya kubokunda nəticə vermiş, ölkəyə uğurla qayıdan idmançılarla  görüşüblər və başda məşqçiləri Elnur Piriyev olmaqla onları təbrik edib, daha böyük nailiyyətlər arzulayıblar.

 

Azərbaycanın bayrağını bir çox yarışlarda ucalara qaldıran ŞAHİN və həmkarları inanırıq ki, daha böyük  uğurları ilə ölkəmizə və onu sevənlərə qürür hissi yaşadacaq.

Ayrıca bu gün 11 yaşını tamamlayan idmançımız Şahin Əfəndiyevi ürəkdən təbrik edir, qazandığı qələbələri ilə qürur duyur, ona həyatının bütün dönəmlərində uğur və sağlamlıq arzulayırıq…

 

Müstəqil.Az

Aysel Səfərli

 

Share: