Suriyada Rusiya Silahlı Qüvvələrinin itkiləri 112 nəfər təşkil edir.
Publika.az Rusiya mediasına istnadən xəbər verir ki, bu haqda Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədri Viktor Bondaryev bildirib.
“Hazırda Suriyada Rusiyanın Silahlı Qüvvələrinin itkiləri 112 insan təşkil edir, Bundan başqa, 8 təyyarə, 7 vertolyot, bir-iki zirehli maşın və zirehli avtomobil itirilib”, – Bondaryev deyib.
Komitə sədri həmçinin vurğulayıb ki, Suriyada Rusiya ordusunun hərəkətləri ölkənin vuruşmağı öyrəndiyini göstərib.