Türkiyəli müğənni Mustafa Sandal həmkarı Gülbən Ərgənlə arasındakı küslüyə son qoyub.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, onlar 12 ildən sonra barışıblar.
Sandal “Barışmaq üçün sənə böyük bir qutu göndərdim. Onun içində bir daş, daşın içində isə sənə hədiyyə etdiyim mahnı sözləri var. O daşın mənası odur ki, mənimlə küsülü qalsan başını daşdan-daşa vurarsan”, – deyərək Gülbən Ərgənlə barışıq yolunda addım atıb.
Xatırladaq ki, M.Sandal müğənnidən “Başrolde Aşk” filmində rol almasını istəyib, o isə rədd cavabı verdiyi üçün münasibətləri pozulub.