1,2 milyard uşaq risk altında yaşayır – QORXUNC STATİSTİKA

Dünyada 1 milyard uşaq yoxsulluq, 240 milyon uşaq müharibə şəraiti, 575 milyon qız uşağı isə övlad ayrı-seçkiliyinin mövcud olduğu ölkələrdə yaşayır.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, bu barədə beynəlxalq “Save the Childre” (Uşaqları qoruyun) qeyri-hökumət təşkilatının hazırladığı hesabatda qeyd edilib. Hesabata görə, dünyada uşaqların yarısından çoxu bu 3 risk faktoru ilə qarşı-qarşıya qalaraq ölür.

Hesabatdakı rəqəmlərə görə, 1,2 milyard uşağın 3 riskdən birinin, bütövlükdə isə 20 ölkədə yaşayan 153 milyon uşağın sadalanan hər 3 risk faktorunun qurbanı olduğu qeyd olunub.

Dünya mətbuatı bu ilin statistikasının ötən ilə nisbətən az olduğunu deyib. Lakin, bu halların artmasının əsas səbəbi beynəlxalq yardım fondlarının lazım olan yerlərə sürətli şəkildə zəruri yardımları çatdırmamasıdır.

Dünya ölkələri arasında aparılan tədqiqatlara görə, uşaqların hüquqlarının qorunması mövzusunda ən yaxşı 5 ölkənin adı sadalanıb. Bunlar Sinqapur, Sloveniya, Norveç, İsveç və Finlandiyadır.

Share: