“12 min 300 etibarsız bülleten səs lehimizə dəyişdi” – Binəli Yıldırım İmamoğlunu üstələyir

“12 min 300 etibarsız sayılan bülleten lehimizə dəyişib. İstanbulda etibarsız səslərin yenidən sayılması üçün tələblərimizdən imtina etməmişik”.

Müstəqil.Az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul şöbəsinin sədri Bayram Şenocak deyib.

O, hazırda etibarsız hesab edilən bülletenlərin sayılması prosesinin davam etdiyini açıqlayıb:

“Bu tələblərimizdən sonra 11 mindən çox etibarsız hesab edilən səsin lehimizə olduğu ortaya çıxdı. İndi bu rəqəm 12300 səsi keçib. Rəqəmlər sürətlə dəyişir”.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçirilib.

Türkiyə Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, CHP-nin namizədi Əkrəm İmamoğlu İstanbulun yeni bələdiyyə sədri seçildiyini elan etsə də, AKP buna etiraz edib. AKP-nin iddiasına görə, İstanbul seçkilərində bu partiyanın namizədi, keçmiş baş nazir Binəli Yıldırım qalib gəlib.

 

Müstəqil.Az

Share: