Dünyanı təlatümdə qoyan qorxulu həqiqətlər

Dünyanı təlatümdə qoyan qorxulu həqiqətlər

Rövşən Novruzoğlu 

Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, politoloq

Xüsusi olaraq Müstəqil.Az üçün

(Əvvəli burada  https://www.mustaqil.az/n%c9%99-ucun-inanmadiniz-qardasim/)

Müstəqil.Az tanınmış politoloq, Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert Rövşən Novruzoğlunun yeni kitabından seçmələri yayınlayır 

Sizə elə gəlməsin ki, Qəbələ RLS-dağıdıldış. Yox, Qəbələ RLS-a dağıdılmadı. Sadəcə yenidən quruldu. Bu barədə danışmağa mənim ixtiyarım yoxdur. Nic kəndinə gəlincə, Laçındakı Sarı Baba, Şuşadakı Baba (Sarı Baba) kəndlərindən keçən (yerin altından) “İlahi xətlər” (bu adı mən qoymuşam) Nic kəndində biri-birinə qovuşur. Məsələn Laçının Sarı Baba, Şuşanın ərazisində dayanıb… İstənilən ərazidə süni zəlzələlər, daşqınlar, güclü dağıntılar yarada biləcək sellər, daşqınlar yaratmaq mümkündür. Bu tilsim deyil, bu tektonik silahdır.

Siz yəqin ki, “Bir qalanın sirri” filminə baxıbsınız. Bax, o filmdə teklltonik silahların yaratdığı (az miqdarda) daşqınları, selləri görmüsünüz.

Sonra mənə Nic kəndində balaca bir otaq verdilər.Bu mənim iş otğım idi. Mən və qrupumun iki  nəfər üzvü Nic kəndində RLS-nin qapalı ərazisində Azərbaycanın bütün şəhər və rayonlarının Tektonik Radiusunu hazırladım. (Yəni hansı radiusu hansı ərazini dağıtmaq mümkündür. Bu sənədlər və altıncı idarəsində tam məxfi qaydalar əsasında qorunur. Məsələn BKİ-nin 506 saylı “Xüsusi Arayışlar” qovluğunda qeyd olunur ki, Azərbaycanın Qarabağ ərazisindəki Şuşa rayonunda və Laçın rayonu ərazisində biri-birindən təqdirbən min metr aralı dörd daş var. O daşlar güc mərkəzləri olaraq qalır. (O daşlar haqqında danışmaq kəşfiyyat sənədlərinə görə qadağandır). Rus hərbi Kəşfiyyatının polkovniki, professor Nikifir Alekseyeviç Potanov (sonra onun adı “Arabov” adlandı).

Rus həmin vaxt mətbuatda yazır: “Professor Kərimovun “Hiperboloidi”. 1979-cu ilin mayında İkram Kərimovun rəhbərlik etdiyi bir qrup azərbaycanlı alim geofizika sahəsində fundemental bir kəşf etdi. («Итоговый отчет по научно-исследовательской работе за 1994 год по программе «Вулкан» Центра сейсмологии Академии наук Азербайджана под грифом«совершенно секретно», экз. № 2) . Kərimov “zəlzələ öncəsi anomal seysmik səs-küylərin olması qanunauyğunluqdur, microseysm … Toplanan nəzəri və eksperimental materiallar bizə müəyyən təsirin tipinə, gücünə, tezliyinə və müddətinə uyğun olmaqla, effektiv təsir üsulunu inkişaf etdirməyə imkan verdi.”

Başqa sözlə, tektonik silahın atası olan İkram Kərimov, bundan başqa, yeraltı prosesləri idarə etmək üsulunu tapdı. Bəşəriyyətin uzunmüddətli arzusuna yaxın – zəlzələlərin vaxtında proqnozlaşdırılması üsulunu da kəşf etdi. Bu ixtiraçı qrup İsmayıllıdakı zəlzələləni dörd gün əvvəl, Rumıniyada – on bir gün əvvəl, Kurildə – on beş gün qabaq qeyd etməyə imkan verdi …

İkram Kərimovun yasratdığı elmi sistemdən bütün dünya bəhrələnməkdədir. İlk dəfə, məhz İ. Kərimov qlobal istiləşmənin atmosferdən deyil, yer qabığının qızması nəticəsində baş verdiyini müəyyən edib.

Rus kəşfiyyat generalı, A.N.Borşevin açıqlaması:

O, 1988-ci ildə Azərbaycana qarşı “Məxfi” proqramdan imtina etdi.

Vodovzvodnaya Bashnya fotoğrafı

İkram Kərimovun adı bu günə qədər Rusiya arxivləri, mətbuatı tərəfindən gizli saxlanılır. Barəsində, kiçik istisnalarla, məlumat əldə etmək olduqca çətindir. Məlumata görə, onu gizlətmək və yaxud qorumaq məqsədilə haqqında 12 dəfə cinayət işi qaldırılıb və müəyyən vaxtlarda həbsxanalarda saxlanılıb. Haqqındakı informasiya adətən aşağıdakı qısa  cümlələrlə kifayətlənir: 1968-ci ildə SSRİ Müdafiə Nazirliyi “Merkuri-18″ məxfi proqramı çərçivəsində (kod: NİR № 2M 08614 PM) gizli əməliyyata başlayır. Hədəf tam məxfidir – zəlzələ törədən kütləvi qırğın silahını yaradıb Amerikanın kürkünə birə salmaq. Tədqiqatlar, təcrübələr Qırğızıstanın təkrarən Batken şəhərindən 50 kilometr aralıda yerləşən poliqonda başlayıb, tezliklə öz müsbət nəticəsini verir. Dünyanın ilk tektonik silahı ixtira edilib sovet hərbi sənayesinin ixtiyarına verilir. Sonralar ”Soverşenno sekretno” qəzeti, detektiv filmi xatırladan bu mövzunu belə təsvir edirdi:

“70-ci illərin sonlarında azərbaycanlı alim İkram Kərimovun elmi tədqiqat qrupu zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirir. Əvvəllər bu cür zəlzələ xəbərdarlıqlarını yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimovun tədqiqat qrupu, yeni elmi metodla, adıçəkilən cihazlara ehtiyac olmadan, zəlzələ əlamətlərini hələ nüvəsində ikən müəyyən etməyi bacarır”.

Qəbələnin qədim, ecazkar Nic kəndindən başlayır. Sərhədi adlayıb o tərəfə keçmək istəyirsənsə, gərək ürəyində bir qədim ovsunu hökmən təkrarlayasan. Nic kəndinin adını əvvəlcə astaca pıçıldayıb, lap axırda yan-yörənə diqqətlə, oğrun-oğrun baxasan. Axırda bu kəlmənin tərs oxunuşunu daha yüksək səslə ətrafında dalğalandırasan:

Professorun qadağan olunmuş gündəliyindən: Mənə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin “Qızıl generalı” … deyirdilər.

 

“Qızıl generalın” Heydər Əliyevlə görüşü

– Tədqiqatlarımda ilk müsbət nəticələrə 1979-cu ilin mayında gəldim. 1987-ci il noyabr ayının 30-da isə Sov. İKP MK və SSRİ Nazirlər Kabineti 1384-345 saylı qətnamə qəbul edərək, geofiziki silahın yaradılması barədə alimlər qarşısında yeni vəzifələr qoydu.

Mən Moskvada çalışırdım ki, Heydər Əliyevi görüm. Fikirlərimi onunla bölüm. Amma  məni demək olar ki, hər tərəfdən izləyirdilər. Məni tənha buraxmırdılar. Məni ən çox narahat edən erməni iş adamları idi. Məsələn sonradan Ermənistan Parlamentinə deputat kimi seçilmiş fizika üzrə tanınmış professorE.Darbinyan mənə təklif elədi ki, yeni tədqiqatının sınaqlarından birini mümkünsə Bakıda, yaxud Bata-bat gölündə, Qara Dəniz sahillərində, Van gölündə və yaxud Mingəçevir gölündə sınayım. Əvəzində erməni alimi mənə Vaşinqtondakı villasını hədiyyə edəcəkdi. İki gündən sonra erməni alimini qrupdan ayıraraq, Yerevana deportasiya etdilər. Onun ixtiralarına qadağalar qoyuldu. Mənə isə qadağaları pozduğum üçün yenə xəbərdarlıq edildi. Mən gecələr yatmırdım. Etiraf edim ki, qorxuram. Amma belə hallarda anamın səsini eşidirdim: – qorxma oğlum, yanındayam…

Baş Kəşfiyyat İdarəsi mənim adımı, doğulduğum ərazini… ilimi, tariximi beş dəfə dəyişdilər. Mən azərbaycanlıyam. Qubadlı rayonunun Mahrızlı kəndində anadan olmuşam. Nə isə… Görünür belə məsləhətdi. Erməni alimi Edmund Darbinyanın həbsindən (o, deportasiyadan sonra həbs olundu) iki gün sonra ikinci mərtəbədəki otağımın qapısının aəngi çalındı. Mərkəzə telefon etdim. Dedilər qapını aç.

İkram müəllimin üzündə bu vaxt ötəri həyəcan hissi görünüb tez də silinir. Fizika-riyaziyyat doktoru başına gələnləri bir-bir sadalayıb diqqətimə çatdırır.

Baş Kəşfiyyat İdarəsinin general-mayoru V.Boçarovun əmrinə əsasən, biz pəncərəsi küçəyə baxan otaqlarda tədqiqat apara bilməzdik. Casusların dinləmə böcəkləri pəncərələrdən maneəsiz ötüb söhbətlərimizi yazırdı. Amma təhlükə tam fərqli ünvanda gəlirdi.

Qeyd: Moskva alimləri ilə İprofessor İ.Kərimovun arasında dərin uçurum yarandı. Niyə yarandı? Moskvaya müxtəlif regionlardan dəvət olunmuş seysmoloqların yığımcağına professor İ.Kərimov buraxılmadı. General professor İlya Katuşoviç Semaşko məsələni belə açıqladı: “…Professorun həyatı təhlükədə idi.

Məsələn xəbər verdilər ki, Britaniyadan gələn Londonlu alimərin sırasında ölkənin Mİ-6 kəşfiyyat mərkəzinə xidmət edən Kart Lorens, Paktik Forrkimi tecrübəli caus-alimlərin olduğu qeyd olunurdu. Sonradan məlum oldu ki, hər iki casus-alimin məqsədi eyni olub: Dünyada ilk tektonik silahların tədqiqatçısı İkram Kərimovu zəhərləmək (SSRİ Baş kəşfiyyat idarəsinin “Xüsusi Arayışı”nda oxuyuruq: “Konfransa dəvət  olunmuş Mİ-6-nın iki alim-casusu Moskvada hıbs olundu. Professor İ.Kərimova isə icazəsiz belə konfranslarda iştirak etmək qadağan olundu.

Alimin zəlzələləri bəribaşdan eşitmək istedadına iynə ucu qədər belə daha şübhəm qalmır. İstəsə, o, dodaqlarımdakı bu pıçıltını da, zəlzələ kimi, başqa səmtlərə, ünvanlara göndərə bilər hətta.

– Nəticədə, araşdırmalarımız amerikalıların əlinə  gedib düşdü. Amerikanlar da bu araşdırmalar əsasında 90-cı illərdə, Alyaskada HARP seysmik stansiyasını qurub ordan təbii iqlimə müdaxilələrə başladılar. Haitidə, Yaponyada, digər ünvanlarda şübhəli, dağıdıcı zəlzələlərin sayı birə beş artdı. Bunda…

Bu dəfə mən alimi qabaqlayıb mövzunu davam etdirdim.

– Bunda öz araşdırmalarınızın izini aşkarladınız?

– Haqlısız. HARP stansiyasındakı qurğular elə bizimkilərin bir başqa cür təkrarıdır. Amma bunu deməyin nə xeyri var indi? Nəticələrimizə gör kimlər yiyələndi…

Alim əsəbləşib əlindəki çəngəli süfrəyə çırpır. Səsinə xidmətçi diksinir.

– Nə lazımdı əlavə? Deyin.

– Heç. Sən get. Lazım gəlsə özümüz səslərik səni.

Ətrafımızda kənar şəxslərin olmadığını görüb mövzuya qayıdıram.

– Harda ilk dəfə aşkarladınız yeraltı tektonik qatları? Tektonik silahımızın ilk örnəyini harda aşkarladınız, həəə?

İkram müəllim, sualıma cavab olaraq, oturduğu yerdən dik yuxarı atıldı. Lal-dinməzcəsinə xidmətçini səsləyib süfrəmizin haqqını artıqlamasıyla özü ödədi. İcazə vermədi əlimi cibimə tərəf aparım. Sükut buzunu qırmadan məni, eşikdəki qara “Volqa 31″nə dəvət etdi.

Şəhərin çıxacağındakı bir ziyarətgaha yaxınlaşdıq. Sürücü mühərriki söndürdü. Səssiz, sanki mələklərin qanadları üstə, yaxınlaşdıq ziyarətgahın alaqapısına.

İkram müəllim taxta darvazanı sakitcə, astaca taqqıldatdı.

Axşamdı. Uzaqlarda tək-tük pəncərələrin gözləri işıldasa da, bura qatı zülmət hakimdi artıq.

Kor divar parçasına gəlib dirəndiyimiz vaxt, İkram müəllim sallaq cibindən bahalı dördkünc alışqanını çıxardı. Üstündəki fənərin düyməsini basıb, şüasını bircə kiçik nöqtəyə yönəltdi. Gördüyümün nə olduğunu çox gec anladım.

İkram müəllim sükutu yenə də pozmadan mənə tam yaxınlaşdı. Astaca pıçıldadı…

– Azərbaycanın əsas tektonik yarığı, bax, bu Sarı baba pirinin altından keçir. Zəlzələ dalğalarını, bir-iki gün əvvəlcə bu yüngül alüminium fincan hiss edir. Vaxtaşırı titrəyir…

Zəlzələ qatları çox güclüdür. O qatlar biri-birilə möhkəm bağlıdır.

Vədələşdiyimiz vaxt – səhəri gün hamıdan, o cümlədən özümdən qorxa-qorxa gəldim təzədən elə həmin Sarı baba ocağına. Ayağım altındakı zəif titrəyişləri duyub elə bildim professorun uşaqlıq vaxtlarını yenidən təkrarlayıram. Alüminium fincan yenə öz yerində vaxtaşırı titrəyirdi…

İkram müəllim uşaqkən, eynən indi mənim kimi, görünür, bu ünvanda çox gəzibmiş…

Alimin dediklərini bir daha xatırlayıb qibləni göstərən alaca hücrəyə yaxınlaşdım. Ordakı bir-iki qəribə daşı tərpətdim… dua oxudum… niyyətimi səsləndirdim… Bir də gördüm ki, yağış əvvəlcə narın-narın yağmağa başladı. Sonra yağışın şiddəti artdı. Pencəyimi başıma keçirərək çıxışa doğru qaçmağımın heç bir xeyri olmadı. Tam islanmışdım. Üz-gözümdən, çənəmdən su damcıları süzülürdü…

Zəlzələ bölgəsindəki azərbaycanlı tələbə: “Biz ...

Tektonik silahlar proqnozlaşdırıla bilən bir fəlakətdir

Fiziki boşluq dedikdə- relativistik kvant fizikası anlayışı, onun vasitəsilə onlar sıfır impuls, bucaq impulsu və digər kvant ədədləri olan kvantlaşdırılmış sahənin ən aşağı (yer) enerji vəziyyətini başa düşürlər. Relyativist nəzəriyyəçilər fiziki vakuumu tamamilə materiyadan məhrum, ölçülməz və buna görə də yalnız xəyali sahə ilə dolu boşluq adlandırırlar. Belə vəziyyət, relativistlərə görə, mütləq boşluq deyil, bəzi fantom (virtual) hissəciklərlə dolu boşluqdur. Relyativistik kvant sahəsi nəzəriyyəsi iddia edir ki, Heisenberg qeyri-müəyyənlik prinsipinə uyğun olaraq, virtual hissəciklər fiziki vakuumda daim doğulur və yox olur, yəni zahirən (kimə görünür?), hissəciklər: sahələrin sıfır nöqtəli salınımları deyilən baş verir. Fiziki vakuumun virtual hissəcikləri və buna görə də özünün tərifinə görə istinad çərçivəsi yoxdur, çünki əks halda nisbilik nəzəriyyəsinin əsaslandığı Eynşteynin nisbilik prinsipi pozulacaq (yəni mütləq ölçü). fiziki vakuum hissəciklərindən istinadla sistem mümkün olacaq ki, bu da öz növbəsində SRT-nin qurulduğu nisbilik prinsipini birmənalı şəkildə təkzib edərdi). Beləliklə, fiziki vakuum və onun hissəcikləri fiziki dünyanın elementləri deyil, yalnız nisbilik nəzəriyyəsinin real aləmdə deyil, yalnız relativistik düsturlarda mövcud olan, səbəbiyyət prinsipini pozan elementləridir (onlar yaranır və yox olurlar). səbəb), obyektivlik prinsipi (virtual hissəciklər nəzəriyyəçinin istəyindən asılı olaraq mövcud və ya qeyri-mövcud hesab edilə bilər), faktiki ölçülə bilənlik prinsipi (müşahidə olunmur, öz İSO-su yoxdur).

Bu və ya digər fizik “fiziki vakuum” anlayışından istifadə edəndə ya bu terminin absurdluğunu anlamır, ya da relativistik ideologiyanın gizli və ya aşkar tərəfdarı olmaqla hiyləgərlik edir.

Bu anlayışın mənasızlığını onun yaranmasının mənşəyinə istinad etməklə başa düşmək ən asandır. 1930-cu illərdə Paul Dirak tərəfindən doğuldu, o zaman aydın oldu ki, efirin saf formada inkarı, böyük bir riyaziyyatçının etdiyi kimi, lakin orta səviyyəli bir fizikdir. Həddindən artıq faktlar buna ziddir.

Relyativizmi müdafiə etmək üçün Paul Dirak mənfi enerjinin fiziki və məntiqsiz konsepsiyasını təqdim etdi, sonra isə vakuumda bir-birini kompensasiya edən iki enerjinin – müsbət və mənfi, eləcə də bir-birini kompensasiya edən hissəciklər “dənizinin” mövcudluğunu təqdim etdi. – vakuumda virtual (yəni görünən) elektronlar və pozitronlar.

Və ya təbii geoloji proseslərə təsir etməklə müəyyən ərazilərdə oxşar hadisələr. “Tektonik silah” termini 1992-ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü A.V.Nikolayev tərəfindən müəyyən edilmişdir və o, onu bağırsaqların yığılmış tektonik enerjisindən istifadə edərək dağıdıcı zəlzələ yarada bilən bir şey kimi müəyyən etmişdir. Eyni zamanda o qeyd edib ki, “zəlzələ törətməyi qarşınıza məqsəd qoymaq son dərəcə şübhəli bir işdir”.

Dünyanı təlatümdə qoyan qorxulu həqiqətlər

Rocer Klark, 1996-cı ildə Nature jurnalında nəşr olunan nəşrdə, elektromaqnit şüalanmasından istifadə edərək uzun mənzilli zəlzələlər yarada bilən tektonik silahın yaradılmasına yönəlmiş iki gizli sovet proqramı olan “Merkuri” və “Vulkan” haqqında qəzet xəbərlərini qiymətləndirən Lids Universitetinin geofizika üzrə müəllimi. .bunu qeyri-mümkün və ya yanlış hesab etmədiyini, lakin keçmiş təcrübəni nəzərə alsaq, belə cihazların yaradılmasının çox çətin olduğunu bildirib. “Nature” jurnalında dərc olunan nəşrə görə, bu proqramlar bir neçə ildir ki, qeyri-rəsmi olaraq Qərb geofiziklərinə məlumdur: “Merkuri” proqramı 1987-ci ildə işə salınıb; Qırğızıstanda üç sınaq keçirilib və Vulkanın son sınağı 1992-ci ildə baş tutub.

İkinci Dünya Müharibəsi illərində Yeni Zelandiyada tektonik silahlar yaratmaq cəhdləri edilib. Seal layihəsi düşmən hədəflərini vurmaq üçün istifadə edilməli olan sunami yaratmaq məqsədi daşıyırdı. Layihənin uğursuzluğuna baxmayaraq, 1999-cu ildə ekspertlər belə silahların yaradılmasının mümkün olduğunu qeyd ediblər.

(Davamı olacaq)

Share: