Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya geyimi ilə gündəmə gəlib.
“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, “Şahmaran” adlı serialın qala gecəsində göz oxşayan aktrisanın geyiminin ümumi dəyərinin 124 min TL (təxminən 11 237 manat) olduğu məlum olub.
Həmçinin oxuyun: Таким будет Центральный Ботанический Сад – Фото
O, “Dolce & Gabbana” brendinə məxsus qara və transparan libası üçün 77 min TL (təxminən 6 978 manat) xərcləyib. Bundan başqa, sənətçinin ayaqqabısının qiyməti 14 min TL (1 268 manat), çantasının isə 33 min TL (2 990 manat) olduğu ortaya çıxıb.
Qeyd edək ki, “Netflix”də yayımlanan “Şahmaran” serialında baş rolları Serenay Sarıkaya, Burak Deniz və Mert Ramazan Demir canlandırırlar.