Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.
Hadisə Bakı fəhləsi küçəsindəki yeni tikilən evlərdən birində qeydə alınıb. 2003-cü il təvəllüdlü Abbasova Gülsüm Mahir qızı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Müstəqil.AZ