Dekabrın 5- də Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə Poeziya Evində çağdaş Azərbaycan ədəbiyyatında sayılıb- seçilən imzalardan biri ədəbiyyatşünas, tənqidçi, esseist, şair, tərcüməçi Əsəd Cahangirlə görüş keçirildi.
Poeziya Evinin direkroru, AYB- nin Poeziya seksiyasının rəhbəri İbrahim İlyaslı tədbir iştirakçılarını salamladı.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Əsəd Cahangirin Azərbaycan ədəbiyyatında yeri və polundan söhbət açaraq, qonaqları təqdim etdi.
Tədbirdə AYB sədrinin müşaviri Rauf Aslanov, AYB- nin katibi, yazıçı- dramarurq, publisist Elçin Hüseynbəyli, AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli, şair Daməd Salmanoğlu iştirak edirdi.
Əsəd Cahangir müasir Azərbaycan ədəbiyyatı və onun problemləri ilə bağlı məsəllərdən söz edərək, çoxsaylı oxucuların suallarını cavablandırdı, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Sonra söz qonaqlara verildi.Onlar Əsəd Cahangir yaradıcılığının çoxşaxəli xüsusiyyətlərindən söz açaraq, ona uğur arzuladılar.
Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirin təşkilində göstərdiyi dəstəyə görə Sumqayıt şəhər İcra Hakimiyyətinə, Abşeron- Xızı Regional Mədəniyyət İdarəsinə, Abşeron- Xızı Regional Təhsil İdarəsinə, Abşeron- Xızı Regional Gənclər və İdman İdarəsinə,Sumqayıt Dövlət Universitetinə təşəkkürünü bildirdi və belə tədbirlərin keçirilməsinin bu günümüz üçün vacib və əjəmiyyətli olduğunu xüsusi olaraq vurğuladı.
Müstəqil.Az