Yusif Səmədoğlu adına nəsr yarışmasının qalibləri açıqlandı

  Yusif Səmədoğlu adına nəsr yarışmasının qalibləri açıqlandı

Dekabrın  8-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında keçirilən tədbirdə Yusif Səmədoğlu adına nəsr müsabiqəsinin qalibləri elan olundu.

Ötən ilin dekabrında start verilən müsabiqə Dastanoğlu Fondunun sədri, yazıçı-publisist, iş adamı Rüstəm  Dastanoğlunun təşəbbüsü ilə baş tutub və Qarabağ zəfərinə həsr olunub.   Müsabiqəyə zəfər mövzusunda yazılmış, poman, povest və hekayə janrları üzrə olmaqla 45 əsər təqdim olunub. İki mərhələdə keçirilən müsabiqədə jüri üzvləri öncə hər janr üzrə 3 əsər seçərək ekspertlərə təqdim eləyib. İkinci mərhələdə ekspertlər bu müəlliflər arasından qalibləri müəyyən edib:

Roman  – Etibar Muradxanlı, “İlin beşinci fəsli”;

Povest  – Nazilə Gültac, “Şəhid atası”;

Hekayə – Təvəkkül Boysunar, “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar”

Tədbiri giriş sözü ilə açan   Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu sözü Dastanoğlu Fondunun sədri, yazıçı-publisist Rüstəm Dastanoğluna verdi. Əsas diqqəti Qarabağ zəfərimizin bədii ədəbiyyatda işıqlandırılması zərurəti,  bunun bədii sözün zaman, dövlətçiliyimiz və millətimiz qarşısında borcu kimi dəyərləndirən R.Dastanoğlu Fondun bu istiqamətdəki fəaliyyətini bundan

Açıklama yok.

sonra da davam etdirəcəyini bildirdi.  Xalq şairi Vahid Əziz, AYB sədrinin müavini, yazıçı-publisist Rəşad Məcid, yarışmanın Təşkilat Komitəsinin sədri, “Azərbaycan” jurnalı Baş redaktorunun müavini, ədəbi-tənqidçi Əsəd Cahangir, “Ədəbiyyat qəzeti”nin Baş redaktoru, jüri üzvü  Azər Turan, yazıçı-tərcüməçi  Yaşar Əliyev, professor Abbas Bağırov           və digərləri çıxış edərək, Dastanoğlu Fondunun ədəbiyyatımızın inkişafı naminə atdığı bu addımı yüksək qiymətləndirdilər, digər iş adamlarımızı da bundan örnək götürməyə çağırdılar. Sonda çıxış edən AYB sədri, Xaq Yazıçısı Anar yarışmanın unudulmaz yazıçımız Yusif Səmədoğlunun adına təsis edilməsindən dolayı təsisçiyə təşəkkürünü bildirdi, bu işdə üzərinə böyük məsuliyyət düşən jüri üzvləri və ekspertlərin zəhmətini qeyd elədi, qaliblərə bundan sonrakı yaradıcılıq fəaliyyətlərində daha böyük uğurlar arzuladı.

Sonra qaliblərin ödülləndirilməsi başlandı: roman üzrə qalibə diplom və pul mükafatını Anar, povest və hekayə üzrə qaliblərə isə müvafiq olaraq Vahid Əziz və Rəşad Məcid təqdim elədi. AYB katibiləri Elçin Hüseynbəyli və  İlqar Fəhmi, yazıçı, jurnalist və alimlərdən “Azərbaycan-Almaiya cəmiyyəti”nin sədri Çingiz Abdullayev, Elnarə Akimova, Fəxrəddin Salim, Fəxriyyə Lilpar, Əhməd Qəşəmoğlu, Nağdəli Zamanov və digərlərinin qatıldığı tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə başa çatdı.

Share: