Əzələli film qəhrəmanlarından təsirlənən Braziliyalı inşaat işçisi onlara bənzəmək üçün əzələlərinə xüsusi yağ vuraraq, onları şişirdir.
Braziliyanın Sao Paulo şəhərində yaşayan 48 yaşlı inşaat işçisi Valdir Segato adlı adam, super qəhrəman Hulka bənzəmək üçün beş il bundan əvvəl əzələlərinə xüsusi yağ yeritməyə başlayıb.
Uşaqlığından bəri çox zəif olduğunu bildirən Segato, narkotik aludəçiliyi nəticəsində bir dəri bir sümük qaldığını deyib.
Valdir Segatonun əvvəlki vəziyyətini görənlər isə “bu adam təkamül keçirir” sözlərini deyir.
Segato; “Bu, bir yuxudu və həqiqət oldu. Araşdırdım, inad etdim və sonunda nail oldum. Bədəninizə baxırsınız və böyüdüyünü görürsünüz, daha çoxunu istəyirsiniz. Mənə Hulk, Schwarzenegger və He-Man deyə müraciət edirlər ki, bu da çox xoşuma gəlir” deyib.
Qeyd edək ki, onun istifadə etdiyi yağ orqanizmə çox ziyanlıdır. Həkimlər onun istifadəsini qəti qadağan edir.