1,5 milyonluq dələduzluğa görə 2 nəfər məhkəmə zalında həbs olunub

1,5 milyonluq dələduzluğa görə 2 nəfər məhkəmə zalında həbs olunub

1,5 milyonluq dələduzluğa görə 2 nəfər məhkəmə zalında həbs olunub

Vətəndaşlara qarşı dələduzluq edən “Zamin Əmlak Agentliyi”nin direktoru və əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən Orxan Əliyev və Natiq Şahmuradov barəsində məhkəmə zalında həbs qətimkan tədbiri seçilib.

Bu iş üzrə təqsirləndirilən Oqtay Zərbəliyev barədə daha öncədən həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsi ilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər verməkdə ittiham olunurlar.

Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində 78 epizod üzrə zərərçəkən şəxslərdən ümumilikdə 1.490.200 (bir milyon dörd yüz doxsan min iki yüz ) manat məbləğində pul alıb ələ keçirərək dələduzluq ediblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə ittiham verilib.

Share: