16 yaşında ərə getdi, 27 il tənha yaşadı, oğlunun ölümünə dözə bilmədi

16 yaşında ərə getdi, 27 il tənha yaşadı, oğlunun ölümünə dözə bilmədi

Kulis.az əməkdar artist Zöhrə Abdullayeva haqqında maraqlı faktları təqdim edir.

Zöhrə Abdulla qızı Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub Azərbaycan Dövlət Texnologiya universitetin bitirib.Ustad sənətkarlardan fərdi muğam sənətindən dərs alıb – Sara Qədimova, Əbülfət Əliyevdən, Münəvvər Kələntərlidən. İlk müəllimi Rəhilə Həsənova olub. Qaqarin adına Pionerlər Evinə gedən balaca Zöhrəni Rəhilə Həsənova “Sazlı qızlar ansamblı”na aparmışdır. Peşəkar səhnəyə İslam Rzayev gətirib.

***

Əvvəl “Lalə qızlar anasmblının”, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdır. Onların birgə on iki silsilə dueti olub. Bu mahnıların hamısının söz və musiqilərini Məmmədbağır müəllim yazıb. Onlar birgə “Həccə gedirəm”, “Gəlin gəlir evimizə”, “Bağban, ay bağban”, “Şuşa maralı” kimi mahnılar ifa edib.

***

Zöhrə xanım bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa edib.

***

Məmmmədbağır Bağırzadə ilə duet oxuduğuna görə onlar haqqında müxtəlif şaiyələr gəziri. Hətta onların vətəndaş nikahında yaşadığı deyilir. Lakin, müğənni bunlara etiraz edərək deyir: Məmmədbağırın öz sevgilisi var idi və həmin xanımla indi də yaxınam. O, dünyasını dəyişəndə əli onun əlində idi. Məmmədbağır mənə qardaşım əvəzi olub. O qədər doğmaydıq ki… O, mənim ağzımın çörəyi idi. Məmmədbağır böyük şəxsiyyət olduğuna görə heç vaxt “bacı” dediyi adama pis gözlə baxmazdı. O qadınla iyirmi il yaşadı.

Zöhrə xanım dünyanın otuz ölkəsində Azərbaycan musiqisin tərənnüm edib. 1985-ci ildə “İstedadlar axtarılır” müsabiqəsinin qalibi olub. 2000 ci ildə Bağdadda İrakda Babil festivalının diplomuna laiq görülüb. Bu illər ərzində çox diplomlara laiq görülüb.

***

Zöhrə xanım inanclı insan olub. Həcc ziyarətində olub. Əvvəllər namaz qılıb, oruc tutsa da, sonradan işlərinin çoxluğundan buna imkan tapa bilmədiyini deyib.

O, Allaha inandığı qədər, həm də, kəm gözlərə, caduya inanırmış. Müsahibələrinin birində bu haqda deyir: Caduya həm inanıram, həm də yox. Bir dəfə evdə neylon pərdəmdə 5 barmaq izi gördüm. Onu nə qədər yudum, ağardıcılara da, xlora da qoydum, ləkələr getmədi. Amma mən o evdə yaşayanda ruzim da yox idi, işlərim də çətin gedirdi. Sonra biz o pərdəni atdıq. Və onu küçə təmizləyən götürdü. İnanırsınız, onun da işləri çox pis oldu. Bahalı da pərdə idi, dedi Zöhrə xanım, bu pərdəni niyə atmısınız? Dedim ki, ipdən düşüb. O qaytarmaq istədi, amma mən götürmədim. Sonra eşitdim ki, yazıq arvad bir günlərə qalıb ki… Özü süpürgəçi idi, amma sonra çox ağır günlərə düşdü. Gördüm yazığı, dedim o pərdəni tulla. Bir yaxın qohumumuz var idi. O gəlib gedirdi bizə. Bəlkə də o idi. Çünki insanların daxilini bilmək olmur. Biz evimizi dəyişəndə, mən yataq dəstimi qardaşımın ailəsinə bağışladım. İnanmazsınız, döşəyi qaldıranda, orada yağın içində bir qıfıl çıxdı. Mən onda anamla yatırdım, rəhmətlik. Mənə elə gəlir ki, bəlkə də mənim anamı elə o yağ apardı. Təsəvvür edin, yatdığımız vaxtda, gecə saat 3-də ikimizin də ayağımızdan elə bil dartdılar. Sən demə, orada qıfıl var imiş. Anamı cadu öldürdü.

***

Zöhrə Abdullayeva 16 yaşında ailə həyatı qurub. Bu evlilikdən onun İsrafil adlı oğlu olub. Müğənni öz bacısı qızını oğluna alır.

Birinci evliliyindən sonra müğənni heç vaxt ailə qurmayıb. O, müsahibələrinin birində bu barədə deyir:

“Mənim şəxsi həyatım yoxdur. Nəvələrimlə, oğlumla sevinirəm. Yaxşı ki, Allah-Təala onu mənə ağıllı verib. Çox təvazökar, müdrik, namuslu gəlinim var. Bu barədə çox bəxtəvərəm. Amma iyirmi altı ildir təkəm. Ən gözəl illərimi tək qaldım. Dul qalmaq istəməzdim. Kim istəyər ki, əri ölsün, tənha qalsın? Amma mənə layiq insan olmadı.

***

Deyilənlərə görə xalq mahnısı kimi bilinən “Qarabağ maralı” mahnısının sözləri və musiqisi İsgəndər Novruzlu adlı şəxsə məxsus olub. Və o, bu mahnını Zöhrə xanımın anasına ithaf edib.

***

Müğənninin oğlu 24 may 2018-ci ildə beyin xərçəngi xəstəliyindən 47 yaşında vəfat edir. Onun bir qızı, bir oğlu qalır.

Bu itki müğənninin həyatına böyük zərbə vurur. O, on altı kilo arıqlayır, tanınmaz hala düşür. Uzun müddət sonra ilk dəfə efirə çıxan Zöhrə xanım deyir: Elə bil hiss etmişdim ki, həyatımda bir sunami olacaq. Həyatımda hər şey sakit və rəvan idi, bu dərəcədə ola bilməzdi axı! Allah kaş mənə nə isə edəydi… Ağıllı balam ağıllı başından xəstələndi. Qəfil oldu, səbəbini bilmədik. Həkim deyir, ola bilər başı haçansa harasa dəyib. Doğrudan da bir dəfə bağda 2-ci mərtəbədən yıxılmışdı. Amma başı dəymədi axı… İndi də deyirlər yazıdır, bəlkə mənə ürək-dirək verirlər. Balam ağıllı balalar, ağıllı həyat yoldaşı qoyub gedib. Hər şərait yaradıb onlara. Amma mənə özü lazımdır. Özünü istəyirəm! Balamı istəyirəm! Razıyam e, yuxuma gəlib mənə desin ki, yerim yaxşıdır, ağlama. Görün nə həddir ki, ona da razıyam!”

***

Zöhrə Abdullayeva uzun sürən xəstəlikdən sonra bu gün 28 may 2021-ci ildə dünyasını dəyişib.

Share: