Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Yeddinci çağırış Azərbaycan Milli Məclisinə seçkilər ərəfəsində aparılan təbliğat-təşviqat kompaniyası çərçivəsində 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynovun avqustun 23-dəki növbəti görüşü Şopbalıda, bu kəndin və qonşu Paşalı ilə İkinci Paşalılnın sakinlri ilə oldu.

 

Söhbətinin əvvəlində Rafael Hüseynov görüşün təyin edildiyi ünvana gəlib çatmaqçün Hacıqabulun dağlara sığınan bu kəndlərinə gətirən körpüdən və yoldan keçdiyini söyləyərək əlavə etdi ki, buradakıların hamısı həmin körpünün dünənini yaxşı xatırlayır. Dar və qəzalı vəziyyətdə olan həmin körpü hər gün, xüsusən də yağılı-donuşluqlu payız-qış aylarında daim dəhşətli qəzalar vəd edirdi, oradan keçən hər maşının aşağı yuvarlanmaq təhlükəsi vardı. Köhnə körpüdən keçməməksə mümkünsüz idi, çünki ayrı yol yox idi.
Rafael Hüseynov dövlətimizin qayğısı nəticəsində indi orada çox rahat və güvənli, uzun illər insanlara xidmət edəcək etibarlı körpünün tikildiyini qeyd edərək həmin işin baş tutması üçün özünün də illərcə körpüyə döndüyünü, problemi dəflərlə Milli Məclisdə qaldırdığını, müvafiq dövlət qurumlarına müracitlə bu körpünün plana salınması, layihələşdirilməsi, maliyyəsinin ayrılmasının sürətləndirilməsi üçün çalışıdğını bildirdi. İndi isə gözəl nəticə ortadadır və heç bir xeyilrli, gözəl iş can yandırmadan, ardıcıl məşğul olmadan öz-özünə, sadəcə arzulamaqla başa gəlmir.
Rafael Hüseynov Şorbaçı, Paşalı və İkinci Paşalının yalnız yol və körpü məsləsinin deyil, işıq, qaz, içməli su problemlərinin də uğurla həll edildiyini, təsərrüfat suyu ilə əlaqədar da işlərin getdiyini diqqətə çatdırıb.
Dövlətin xalqın rifahının gün-gündən yüksəlməsinə göstərdiyi qayğıdan razılığını ifadə edən kənd sakinləri həmişə olduğu kimi qarşıdakı seçkilərdə də mütəşəkkillik göstərəcək, səs verib inandıqları millət vəkili ilə əl-ələ qarşıda duran vəzifələrin də uğurla həll olunması üçün çalışacaqlarını bildirdilər.

Share: