Bu gün düz 164 ildir ki, Azərbaycanda gəmiçilik fəaliyyət göstərir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixi də elə buradan götürülüb.
Məlumdur ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də qoyulub. Məhz bu gün “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılıb və bu cəmiyyətin işi həm də gəmiçiliklə bağlı olub.
Gəmiçiliyin inkaf edilməsində əlbəttə ki, 1846-cı ildə Azərbaycanda neft sənayesinin inkişafının başlanğıcı kimi tarixə düşülən faktın da mühüm rolu var ki, bundan 12 il sonra artıq gəmiçilik yuxarıda qeyd etdiyimiz Səhmda Cəmiyyətin yaranması ilə özünün təşəkkülünü tapmışdır.
Bundan əlavə olaraq dənizlə yükdaşımalar günü gündən artıqr və buna təlabat çoxalırdı. Gəmilərin intensiv olaraq bu sahədə öndə olması gəmilərin daha işlək və səmərəli olması üçün gəmi təmiri bazasının yaradılması da o dövrün qaçılmaz bir tələbinə Məhz ona görə də “Qafqa və Merkuri” gəmiçilik şirkəti 1886-cı ildə Bakıda mexaniki zavodun təməlini qoyur. Bundan sonra, 1876 ci ildə “Bakı elleigi”, 18885 ci ildə isə adı cəkilə Cəmiyyət özünün mexaniki e+malatxanasını inşa etdirir. Gəmiçiliyin inkişafı üçün daha zəruri işlər görmək gərəkirdi ki, çox keçmədən, konkret olaraq 1887-ci ilin iyun ayının 30-daq “Bakı doku” təsis edilir, 1889-cu ilin avqust ayının 1-də haqqında bəhs etdiyim dok istifadəyə verilir. Eyni zamanda, Bakı şəhərində sahibkarlara, iş adamlarına məxsus müxtəlif həcimli gəmi təmiri müəsisələri və emalatxanalar da var idi.
Bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərir. Eyni zamanda Gəmiçiliyin fəaliyyəti dünyanın hər tərəfində fəaliyyət göstərir.
2013-cü ildə isə Azərbaycanda əsas gəmiçilik donanması olan iki böyük donanma — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşdirilərək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir..
Yeni yaradılmış dövlət qurumu olan “AXDG” QSC dəniz nəqliyyatı sahəsində və Neft sənayesinin inkişafı sahəsində tələb olunan vəzifələri yüksək səviyyədə və operativ yerinə yetirməklə Azərbaycanın İqtisadiyyatına öz töhfəsini verir…
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi və Müstəqil.Az saytı olaraq Azərbaycan gəmiçiliyində xidməti olan hər kəsə uğurlar arzu edirik və Qafqazın ən böyük və ən qədim gəmiçilik şirkəti ilə fəxr edirik.
Faiq Balabəyli
“DSD” İB-nin sədri,
AXDG QSC XDNDnın gəmi kapitanı