Orta Əsrlər Tarixinin ən qorxulu xəstəliklərindən biri, şübhəsiz ki, Vəba epidemiyası olub.

Publika.az xəbər verir ki, tibbin inkişaf etmədiyi dövrlərdə insanların bu amansız xəstəliyə qarşı yeganə mübarizə üsulu boyunlarına hind qozunu boyunbağı şəklində düzəldərək asmaq olub.

Batil inanc adlandırılan bu üsulun əslində elmi əsaslarının olduğu yalnız yüzillər sonra ortaya çıxıb.

İndoneziyada bir ağacın toxumu şəklində yetişən bu bitkinin tərkibində bir çox təbii yağ bir arada toplanıb. Bu yağlardan biri də izo-enegen maddəsidir. Bu maddə onunla eyni ailədən olan mixəkdəki izo-ogen maddəsi ilə eyni qoxuya sahibdir və bu qoxu vəba xəstəliyini dişləmək yolu ilə yayan bit, gənə və siçan kimi heyvanların insanlardan uzaq durmasına səbəb olub.

İzo-enegen fenilpropen törəməsidir və yılanq-yılanq yağı kimi əsaslı yağ birləşmələrində yüksək dərəcədə vardır. Bu yağ vanil istehsalında da istifadə edilir.

Sabun, şampun, yuyucu maddələr və müxtəlif nahiyələr üçün istehsal edilən məhsullarda xoşagələn qoxu məhz izo-enegen maddəsi sayəsində əldə edilir.

Share: