17-ci dəfə ölkə çempionu oldular

17-ci dəfə ölkə çempionu oldular

Futzal üzrə Yüksək Liqada 2022/23 mövsümünə yekun vurulub. 

“Qafqazinfo” xəbər verir ki, çempionu müəyyənləşdirən final matçında “Araz Naxçıvan” və “Neftçi” üz-üzə gəlib. Rəqibini 4:1 hesabı ilə məğlub edən “Araz Naxçıvan” 29-cu ölkə çempionatının qalibi olub. Bununla da Naxçıvan təmsilçisi yeni mövsümdə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

“Araz Naxçıvan” tarixində 17-ci dəfə Azərbaycan çempionu olub.

Qeyd edək ki, ölkə çempionatında bürünc medala “Baku Fire” sahib çıxıb.


Share: