17 yaşlı qız atasını öldürdü…

Türkiyənin Aydın bölgəsində ailə münaqişəsi cinayətlə nəticələnib.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, 17 yaşlı qız atasını ov tüfəngiylə öldürüb. Mübahisənin motivləri məlum deyil. İlkin açıqlamaya görə, qız işdən çıxdıqdan sonra evə gəlib. Bu zaman atası ilə mübahisə edib. Sonra ov tüfəngini götürərək atasını ürəyindən vurub. Kişi hadisə yerində keçinib.

17 yaşlı qız saxlanılıb. Yerli polis orqanları hadisə ilə bağlı araşdırma aparır.

 

Müstəqil.Az

Share: