18 may-BÜRCLƏR

Qoç – müsbət təmayüllərin təsiri güclənəcək. Gün münasib, uğurludur. Peşəkar fəaliyyətinizlə bağlı çoxdankı problemlərdən birini həll etmək, irəliyə doğru hərəkətinizə mane olan sədləri aradan qaldırmaq imkanları yaranır. İndiyədək bir neçə dəfə məhsuldar əməkdaşlıq etdiyiniz insan sizə yeni, maraqlı iş təklif edəcək.

Günün ikinci yarısında bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Sevdiyiniz insanla münasibətlərdə problemlər yarana bilər. Onlar qısqanclıqdan qaynaqlanır.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Özünüzü yaxşı hiss edəcəksiniz.

Buğa – ünsiyyət üçün yaxşı gündür. İşgüzar təmaslar və şəxsi münasibətlərlə bağlı görüşlər pis keçməyəcək. İndiyədək dil tapmaqda çətinlik çəkdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olacaqsınız. Yaxınlarınız üçün hədiyyə almaq, sevdiyiniz insana sürpriz hazırlamaq olar.

Günün ikinci yarısında başqalarının istəklərini pis yerinə yetirməyəcəksiniz.

Adi, cari işlər darıxdırıcı təsir bağışlaya bilər. Yaradıcılıq potensialınızı aşkarlayacaq məşğuliyyət tapın. İşdə rəhbərlik səylərinizi dəyərləndirəcək. Vəzifənin böyüməsi və ya maaşın artması istisna deyil.

Əkizlər – asan olmasa da, yaranan problemləri həll edəcəksiniz. Dostlar sizə yardım edəcəklər. İşgüzar və dostluq münasibətlərinin bərpası üçün əlverişli gündür. Analşılmazlıq, situasiyanın uğursuz axarı nəticəsində kəsilmiş əlaqələri bərpa edin.

Köçə hazırlaşmaq, mebel, interyer əşyaları almaq üçün münasib zamandır.

Günün ikinci yarısında bəzi detallar sizi sevindirəcək.

Planlarınız barədə ailə üzvləri və ya yaxınlarınıza məlumat verin. Sizi narahat edən məsələni inandığınız insanlarla müzakirə edin.

Axşam saatlarına yaxın səhhətinizdə kiçik problemlər yarana bilər. Bir qədər sonra hər şey yaxşı olacaq.

Xərçəng – çətin, mürəkkəb, qarışıq gündür. İşdə ciddi problemlərlə qarşılaşa bilərsiniz. Bu səbəbdən bəzi planları dəyişmək, perspektiv saydığınız ideyaların gerçəkləşdirilməsini təxirə salmalı olacaqsınız.

Həmkarlarla fikr ayrılıqları, ağır münaqişə istisna deyil. Bundan sonra birlikdə işləmək çox çətinləşəcək.

Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənəcək. Yaxınlarınızla təmaslarda həssas olun. Dostlarla görüş, romantik mükalimə xoş təəssürat yaradacaq.

Alış-veriş etmək olar. Çox pul xərcləməyin.

Şir – yeni işlərə başlamaq olar. Bununla belə, etibar etdiyiniz insanlardan dəstək almağı unutmayın. Əvvəlki iş yerinizdəki həmkarlarınız, çoxdankı işgüzar tərəfdaşlarınız yardım edə bilərlər. Köhnə əlaqələrin bərpası üçün yaxşı gündür. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə sayıq və ehtiyatlı davranın. Təxribatlara uymayın, aqressiv davranışa sərt reaksiya verməyin.

Müdrik, hiyləgər olun.

Günün ikinci yarısı dəvət aldığınız tədbirə yollanın. Maraqlı tanışlıqlar istsina deyil. İlkin təəssürata aldanmayın, hisslərin əsiri olmayın.

Qız – müsbət təmayüllərin təsiri artır. Dünənədək həlli çox ağır, hətta mümkünsüz təsir bağışlayan problemləri həll edəcəksiniz. Qarşınıza qoyduğunuz məqsədə aparan yolda maneələr kiçikdir. İşdə rəhbərliklə münasibətləri tam normal edin. Yeni tərəfdaşlıq və ya maraqlı əməkdaşlıq, cazibədar işgüzar təkliflər alınması istisna deyil.

Günün ikinci yarısı alış-veriş, anlaşma, sövdələşmələr üçün əlverişlidir. Maliyyə məsələləri ilə bağlı yanlış qərarlar verməyin.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Səfər və ya səyahətə yollana bilərsiniz.

Axşam saatlarında tək qalmağa çalışın.

Tərəzi – qətiyyət, inad və fəndgirlik istənilən çətinliyi dəf etməyə imkan verəcək. Yaranan problemlər qarşısında geri çəkilməyin. Bütün işlər dərhal alınmasa da, ruhdan düşməyin, bədbinliyə qapılmayın. Ətrafınızdakı insanlar sizə pozitiv emosiyalar bəxş edəcəklər.

Günün ikinci yarısında maliyyə ilə bağlı maraqlı ideyalar yaranacaq. Sərfəli anlaşma və ya sifarişə nail olaraq yaxşı gəlir əldə edə bilərsiniz.

Axşam saatları işgüzar və şəxsi görüşlər üçün əlverişlidir, Yeni tanışlıqlar xoş və faydalı olacaq.

Əqrəb – yolunuzda yaranan maneələr ciddi və önəmli deyil. Onları dəf etmək asandır. Təcrübənizə, yaşam bilgilərinizə əsaslanaraq davranın.

Başqalarının səhvlərindən nəticə çıxarın. Ağır fəsadlar yarada biləcək yanlışlıqlara yol verməyin. Həyəcana və təlaşa rəvac verən avantüralara qatılmayın.

Günün ikinci yarısı maliyyə baxımından əlverişlidir. Gəlirlər əhəmiyyətli ola bilər. Yaxınlarınızdan birindən dəyərli hədiyyə alacaqsınız.

Sevdiyiniz insan sizi qəfil etiraf və qayğı ilə sevindirəcək.

Oxatan – daha bir ağır, çətin, mürəkkəb gündür. Yenidən gündəmə gələn köhnə problemlər təcili və təxirəsalınmaz həll tələb edir. Vaxt az, işlər çoxdur. Maliyyə itkiləri, uğursuz sövdələşmə və ya anlaşmalar istisna deyil.

Bədxərclik etməyin, pullarınızın qədrini bilin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərinizə fikir verin. Mövcud əlaqələri möhkəmləndirmək, ixtilaflara və fikir ayrılıqlarına son qoymaq olar. Bunun üçün səy göstərmək lazımdır.

Axşam saatlarında yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız yaxşı olacaq.

Oğlaq – yeni imkanlar və ya böyük, xoş sürprizlərə sevinməyəcəksiniz. Bununla belə, ciddi problemlər də yaranmayacaq. Hadisələr gözləntilərinizə uyğun məcrada inkişaf edəcək. Əvvəlcədən hazırladığınız planların reallaşdırılması istiqamətində maneələr olmayacaq.

Kiçik səfərlərə yollanmaq olar. Amma səyahət və ya ezamiyyət üçün əlverişli zaman deyil.

Günün ikinci yarısında yaxınlarınızla, ailə üzvlərinizlə sıx ünsiyyətdə olun. Problemlərinizlə baş-başa qalaraq xoşagəlməz fikirlərə dalmayın. Sevdiyiniz insanlar yanınızda olarsa, bədbin əhvalın öhdəsindən gələcəksiniz.

Dolça – işgüzar fəaliyyətin səviyyəsi aşağı olacaq. Peşəkar fəaliyyət müstəvisində yaranan problemlərin həllini ertələməyin. Önəmli işlərin yerinə yetirilməsini başqalarına həvalə etməyin. Müstəqil işləmək gərəkdir. Yaxud da yardımçılarla köməkçiləri əsla diqqətdən kənarda saxlamayın.

Günün ikinci yarısında uğur əldə edəcəksiniz.

Səhiyyə və sağlamlıq prosedurları keçirmək olar. Yaxşı görünmək üçün əvvəlki günlərdən fərqli olaraq daha çox çalışmaq gərəkdir.

Kiçik maliyyə itkiləri istisna deyil.

Balıqlar – çox iş görməli olacaqsınız. Fəaliyyətə başlamazdan əvvəl plan hazırlayın. Ən xırda detalları və kiçik nüansları nəzərə alın. İstənilən formatdakı işgüzar danışıqlara yaxşı hazırlaşın. İmkan varsa, sizə çətin anlarda dəstək ola biləcək insanı yanınızda aparın. O, ağır situasiya yaranarkən çıxış yolu tapa bilər.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarını aktiv keçirin. Yeni tanışlıqlar üçün pis zaman deyil. Amma istəsəniz, evdə qala bilərsiniz.

Share: