18 yaşında Türkiyə gözəli seçildi, filmlərə çəkilməkdən imtina etdi – Aydan Şener hansı azərbaycanlı məşhurun ölümünə kədərləndi?

18 yaşında Türkiyə gözəli seçildi, filmlərə çəkilməkdən imtina etdi – Aydan Şener hansı azərbaycanlı məşhurun ölümünə kədərləndi?


Kulis.az Türkiyənin məşhur aktrisalarından hesab olunan Aydan Şener haqqında maraqlı məlumatları təqdim edir.

Əsl adı Məmnunə olan Aydan Şener 1 Mart 1963-cü ildə Kilistə əslən Krım tatarlarından olan bir ailədə dünyaya gəlib.

***

Aydanın bir yaşı olanda, ailə Bursaya köçür. Bursada orta məktəbə gedən Aydan orta məktəb və kollec illərini başa vurandan sonra Türkiyədə keçirilən gözəllik yarışmasına qatılır. 1981-ci ildə Türkiyə gözəli seçilir.



Elə həmin il o, “Miss World” gözəllik yarışmasında Türkiyəni təmsil edir. Manekenlik sahəsində uğurlar əldə etsə də, o, bu sahəni sevmədiyini və ordan uzaqlaşmaq istədiyini açıqlayır.

***


1983-cü ilk aktrisalıq təcrübəsinə başlayır. “Küçük ağa” televiziya serialında çəkilir.

***


Aktrisaya ən böyük uğuru 1986 ildə aktyor Kenan Kalavla birgə çəkildiyi “Çalıquşu” serialındakı Fəridə rolu olur. Bu filmlə Türkiyədə və qonşu ölkələrdə məşhurlaşan aktrisa sonralar aktrisalıq karyerasına teatr və seriallarda ifa etdiyi rollarla davam edir.

“Çalıquşu” filminin ardından gələn məşhurluqdan sonra aktrisa Ayhan Albin adlı bəylə ailə həyatı qurur. 1988-ci ildə onların Ecem adlı qızları dünyaya gəlir. Ancaq bir müddət sonra cütlüyün münasibətləri pozulr və onlar 1991-ci ildə boşanırlar. Aydan qızını tək böyütməyə qərar verir. Sonrakı həyatında aktrisa ikinci dəfə heç kimlə ailə həyatı qurmur. Bu barədə ona sual veriləndə, deyir:

“Mən təkliyimi sevirəm. Həyatımda heç kimim yoxdur, mən tənhalığın dəbdəbəsini yaşayıram. Mən çox xoşbəxtəm, buna çox öyrəşmişəm. Onsuz da heç-heçədə çox uğurlu olduğumu söyləmək olmaz. Münasibətlərimin heç birində uzun müddət davam edə bilmədim. Hər zaman günahı qarşınızda axtarmaq lazım deyil”.

***


Aktrisa müxtəlif illərdə “Utanç Yılları”, “Samanyolu”, “İki Kız Kardeş”, “Hayatın İçinden”, “Sevgi Oyunu”, “Gül ve Diken”, “Ay Işığında Saklıdır”, “Ah Nalan Ah”, “Kasım” seriallara, “Güvercin”, “Aşk Aynı Adreste”, “Yarın Geç Olmayacak”, “Oyun” adlı filmlərə çəkilib.

***


Aydan Şener Yeşilçamın pis xarakterləri canlandırması ilə məşhurlaşan aktrisa Suzan Avcının bacısı qızıdır.

***

Aydan Şener inanılmaz dərəcədə heyvansevər bir insandır. Evində 27 heyvanla birlikdə yaşayan aktrisa hətta pişiklərindən biri öləndə hönkür-hönkür ağladığını deyir:

“Heyvanlarımın sayəsində günə çox gözəl başlayıram. Onlarla çox xoşbəxtəm. Heyvanlar məni xoşbəxt edirlər. 26 pişiyim, 2 itim vardı. Pişiyimin biri öləndə, bir neçə gün ağladım, özümə gələ bilmirdim”.

***


Hazırda 59 yaşı olan aktrisa 40 yaşdan sonra ona ən çox ana rolları təklif olunduğundan bur ollardan imtina etdiyini dilə gətirərək deyir:

“40 yaşdan sonra Türkiyədə aktrisalara ancaq ana rolları verilir. Hətta 38 yaşdan başlanır. Ana rolları olsun, amma ananın da bir həyatı, yaşantısı verilməlidir. Məhz bu səbəblə mən nə qədər rollardan imtina etmişəm”.

***

Aktrisa 2017-ci ildə Bakıda qonaq olub. Onunla söhbət zamanı o, rejissor Şahin Zəkizadənin ölümündən məyus olduğunu dilə gətirib:

“Mənim rejissor dostum Şahin həyatdan köçüb. Onun ğlüm xəbərini eşidəndə, çox məyus oldum. Onun körpə uşaqları vardı, özü də çox cavan idi. Bütün ailəsinə baş sağlığı verirəm. O, mənim çox sevdiyim dostlarımdan biri idi”.

***

Hazırda aktrisa kimi fəaliyyət göstərən qızı ilə birgə yaşayan aktrisanın ən böyük arzusu Sabahattin Alinin “Xəz paltolu Madonna” əsərində baş rolu ifa etməkdir.

Share: