180 Azərbaycan vətəndaşı gəmi ilə Qazaxıstandan ölkəmizə gətirilib

Bu günədək 180 Azərbaycan vətəndaşı gəmi ilə Qazaxıstandan ölkəmizə gətirilib

Müstəqil.AZ bildirir ki, bu haqda AZƏRTAC məlumat yayıb.

Azərbaycanın Aktaudakı Baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Akademik Zərifə Əliyeva” (10 nəfər), “Naxçıvan” (4 nəfər) “Həsən Əliyev” (4 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçirilib.

Qeyd edək ki, ümumilikdə bu günə qədər Baş konsulluq tərəfindən Aktau limanından gəmi ilə 180 nəfər vətənə göndərilib.

Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.

Müstəqil.Az

Share: