19 yaşlı model bakirəliyini 3 milyon dollara satdı – VİDEO

Bakirəliyini internet vasitəsilə satışa çıxaran 19 yaşındakı amerikalı model yaxşı müştəri tapa bilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, modelin bakirəliyi üçün ən yüksək təklif verən Əbu-Dabili iş adamı adını Gizelle kimi açıqlayan modellə keçirəcəyi bir gecə üçün 3 milyon dollardan keçəcək.

Məlumata görə, iş adamı adı açıqlanmayan bir “Hollivud” ulduzundan daha çox pul təklif edib.

Bakirəliyi üçün təklif edilən məbləğin 3 milyon dollara qədər artacağını ağlından belə keçirmədiyini deyən model hesab edir ki, bakirəliyini satışa çıxaran qızlara sərt reaksiya verilməməlidir.

“Hər kəs bu məsələdə azaddır. Bu mənim seçimimdir və hər kəs hörmətlə yanaşmalıdır”, – o deyib.

Cütlüyün görüşü üçün Almaniyada otel nömrəsi hazırlanıb. Onların görüşdüyü vaxt ətrafda təhlükəsizliyin təmin edilməsi üçün mühafizəçilər yerləşdiriləcək.

Share: