“Ermənistanda 1999-cu ilin oktyabrında baş verən terror aktı təkrarlana bilər”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, cari vəziyyətdə belə bir təhlükə olduğunu görür. O bildirib ki, 1999-cu ildə baş verən terror aktı ərəfəsində baş verən hadisələr bugünkü proseslərlə müqayisədə daha az əhəmiyyətli idi.
Xatırladaq ki, 1999-cu ilin oktyabrın 27-də bir qrup silahlı şəxs Ermənistan parlamentinə daxil olub. Silahlı şəxslər iclas zalında Baş nazir Vazgen Sarkisyan, parlamentin spikeri Karen demirçiyan, eləcə də vitse-spikerlər Yuriy Baxşyan və Ruben Miroyanı, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Henrix Abramyan, Armenak Armenakyan və Mikael Kotanyanı qətlə yetiriblər. Terrorçularla bağlı məhkəmə 2001-ci ilin fevralında başlayıb və 2003-cü ilin dekabrına qədər davam edib. Onlardan altı nəfəri ömürlük, biri isə 14 il azadlıqdan məhrum edilib.